Azərbaycanlı "Maqnit adam"ın bacarıqları
"Ginnes rekordçusu olmaq 1000 avro qazanmaq, bir də dünyada tanınmaqdır. Çoxu ikinciyə görə can atır ora, tanınmaq üçün".
Bunu APA TV-yə 2012-ci ildə adını “Ginnesin Rekordlar Kitabı”na yazdıran ilk azərbaycanlı Etibar Budaqlı- "Maqnit adam" deyir.
Etibar Ginnes şou proqramlarına Gürcüstan vətəndaşı kimi çıxır. Amma Azərbaycanın bayrağı ilə. Müsahibim bildirir ki, bir-neçə dəfə bu məsələdə problem yaşayıb. Ona vətəndaşı olduğu ölkənin bayrağı ilə əhnəyə çıxmaq təklif olunub. O, şouya qatılmaqdan imtina edəndən onra sonra problem də aradan qalxıb.
İlk rekordlarını Gürcüstanda qazanıb. Birinci dəfə bədəninə 50 qaşıq yapışdırıb. Sonra 106 kiloqramlıq maşın üstlüyünü saxlayıb. Bunun ardınca 92 kiloqram dəmiri sinəsində 3 dəqiqə tutub. Dördüncü dəfə bu göstərici 1 dəqiqəyə və 150 kq-a qalxıb. Dörd rekordu 15 günə göstərib.
"Maqnit adam" iddia edir ki, bioenerji ilə insanlara iynə-dərmansız şəfa vermək gücündədir. O, daha çox əzələ boşluğu xəstəliyini aradan qaldırmaq imkanına malik olduğunu söyləyir. Hazırda isə Gürcüstanda “Bioenerji Mərkəzi” də fəaliyyət göstərir. Eyni zamanda alman meneceri Coo Aleksandr ilə müxtəlif ölkələrdə "Ginnes" soularına qatılır.
Etibar deyir ki, qatıldığı şoulardan min avro qonarar da alır.
O, Ginnesin rəsmi sertifikatı ilə Qafqaz Dünya Rekordçuları Federasiyasını yaradıb.
"Maqnit adam"ın gücünü biz də yoxladıq....