Bakıda dirəyə çırpılan - MAŞIN İKİYƏ BÖLÜNDÜ VƏ YANDI
Noyabrın 20-də saat 16.37 radələrində Sabuncu rayon “Koroğlu” metro stansiyasının yaxınlığındakı körpünün altında maşın yanıb. APA TV-nin xəbərinə görə, yanğın “Mercedes” markalı, 10 ON 990 dövlət nömrə nişanlı avtomobildə baş verib. Sabunçu rayon Polis İdarəsinin müstəntiqi Hikmət Vəliyev bildirir ki, avtomobil şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı dirəyə çırpılıb. Nəticədə maşın iki yerə bölünüb və avtomobildə yanğın başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının ətrafa yayılmasının qarşısı alınıb. Hadisə zamanı avtomobildə olan 3 nəfər xəsarət alıb və onlar 3 saylı Şəhər Klinik Xəstəxanasın yerləşdirilib. Onlar Aloş Bağırov, Elvin Əsgərzadə və Rəcəb Hümbətovdur. Xəstəxanadan həmçinin bildirilib ki, hər üç şəxsin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.