ASAN Könüllüləri Cocuq Mərcanlıya səfər ediblər
Horadiz şəhərində “Yaşa, Azərbaycan” adlı festival keçirilir. 28 may - Respublika Gününə həsr olunmuş festival çərçivəsində “ASAN Könüllüləri” Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediblər.
İştirakçılar Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə yaxından tanış olublar.
İştirakçılar ön cəbhədə düşmənlə üz-üzə vətənin keşiyində dayanan əsgərlərlə görüşüb. "Əsgərə məktub" layihəsi vasitəsilə vətəndaşların, eləcə də “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblilərin yazdıqları dəstək məktubları əsgərlərə təqdim olunub.
“ASAN Məktub” layihəsi çərçivəsində balacalara hədiyyələr təqdim olunub. Bundan başqa ASAN könüllülərinin ifasında rejissor Anar Sadıqovun “Vətən daşları” tamaşası nümayiş edilib.