Ani Lorak və Leonid Aqutin Xəyyam Nisanovun toyunda
Ötən axşam "Buta Palace"da müğənni Xəyyam Nisanovun toyu olub. APA TV-nin məlumatına görə, ifaçı Nərmin adlı xanımla ailə qurub.
Müğənninin özəl gününə şou-biznesin bir çox tanınmış simaları qatılıb.
Mediaya qapalı olan toyda tanınmış müğənnilər Ani Lorak və Leonid Aqutin də iştirak edib.