Amerikalılar düşmənlərinin adını çəkdi - İLK DÖRD ÖLKƏ...
ABŞ-da keçirilən sorğuda vətəndaşlar Rusiya əleyhinə mövqe nümayiş etdirib. APA TV-nin məlumatına görə, sorğunu "Fox News" keçirib.
Amerikalılar Rusiyanı dost ölkə hesab etmədiklərini bildirib. Bununla yanaşı, əksəriyyət Donald Trampın onlarla həmfikir olmadığını da vurğulayıb.
ABŞ-ın birinci düşməni kimi isə Şimali Koreya göstərilib. Respondentlərin böyük faizi belə düşünür. Bu siyahıda ikinci və üçüncü yerləri isə İran və Suriya tutur.
Rusiya dördüncü yerdədir.