Gəncədə tramvay xətti bərpa edilir

Ölkənin ikinici böyük şəhəri olan Gəncəyə tramvay xətti qayıdır. Yaxın vaxtlarda Gəncə şəhərində tramvay nəqliyyatının bərpa olunacağı gözlənilir. APA TV-nin xəbərinə görə, bu şəhərin küçələrində tramvay hərəkəti 1970-ci illərin sonlarından ləğv olunub.

 

Gəncədə aparılan yenidənqurma işləri ictimai nəqliyyatın da həyatına sirayət edib. Avtobus və taksi parkının hazırda davam edən yenilənməsilə paralel olaraq, şəhərdə tramvay xətlərinin də 30 illik fasilədən sonra bərpası haqda düşünülür. Bu barədə layişə Gəncə şəhər İcra Hakimiyyətinin binasında ictimaiyyət nümayəndələri ilə müzakirə edilib. Tədbirdə tramvay xəttini çəkəcək Fransanın “Newtl” şirkətinin nümayəndələri də iştirak edib. Gəncədə hərəkət edəcək tramvayın müasir və bir çox üstünlüklərə malik olacağı bildirilib. Hərəkət edəcək tramvayın rəngi göy olacaq və üzəri milli ornamentlərlə örtüləcək. Yeni nəqliyyat vasitəsi müasir dizaynlı  xarici və işıqlı daxili  görünüşü, oturacaqlarının rahatlığı ilə  diqqəti cəlb edir. Nəqliyyat vasitəsinin ümumi uzunluğu 25 m, eni 2, 2 m, ağırlığı isə 23 tondur. Tramvay rezin təkərlərlə rels üzərində hərəkət edəcəyini və çox səssiz olacağını bildirib. Tədbirdə həmçinin qeyd olunub ki, tramvay şəhərdə saatda 70 km sürətlə hərəkət edəcək. İlk tramvay yolu Gəncənin Dəmir Yol Stansiyasından Təcili Tibbi Yardım Xəstəxanasına kimi inşa ediləcək. Bu yolda 12 dayanacaq və hər dayancaqda hərəkətin vaxtını göstərəcək lövhələr vurulacaq. Tramvay xətti ilə paralel velosiped yolu da çəkiləcək. Şirkət tramvayın istismar müddətinə 25 illik zəmanət verir. Analoji tramvay Parisdə və Venesiyada da istifadəyə verilib.

Tədbirin sonunda şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevlə “Newtl” şirkətinin kommersiya direktoru Jan Fransua Arjans arasında əməkdaşlıq memeorondumu imzalanıb. 

Müəllif | Apa.Tv