Uşaqların əl işləri nümayiş olundu
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyinin təşəbbüsü, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə Ümumdünya Uşaqlar Gününə həsr olunmuş konsert proqramı keçirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, konsertdən əvvəl qonaqlar teatrın foyesində yeniyetmələrin hazırladıqları əl işlərindən ibarət sənət nümunələri və rəsm sərgisi ilə tanış olublar.
Konsert proqramında müxtəlif yaş qruplarından yeniyetmə və gənclər cəmiyyətdə sülh və barışa, həmçinin qayğıya ehtiyacı olanlara, diqqətə həsr olunan şən mahnılar ifa edib, şeirlər söyləyiblər.