Zbiqnev Bzejinski öldü
Tanınmış ABŞ politoloqu Zbiqnev Bzejinski 89 yaşında vəfat edib.
APA TV-nin məlumatına görə, bu barədə "Fox News" xəbər verib.
Zbiqnev Bzejinski 1977-1981-ci illərdə Cimmi Karterin administrasiyasında milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsində çalışıb.
Son illər ABŞ Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS - Centre of Strategic and International Studies) müşaviri, İdarə Heyətinin üzvü və Məşvərət Şurasının həmsədri olub.