Britaniyada 23 min cihadçının yaşadığı məlum olub
Böyük Britaniyada 23 min cihadçının yaşadığı məlum olub. APA TV-nin məlumatına görə, bu barədə "Daily Star" yazıb.
Nəşrdə iddia edilir ki, onlar hər an hərəkətə keçməyə, dəhşətli terror hadisələri törətməyə hazırdırlar.
Onların cəmi 3 mininin nəzarət altında olduğu qeyd edilir.
Təhlükəli şəxslər müxtəlif yollarla krallıq ərazisinə daxil olub.