Bakıda dəhşət: iki uşaq anası özünü 8-ci mərtəbədən atdı
Bakıda intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu, Fərman Məlikov küçəsi ev 1 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1993-cü il təvəllüdlü Lamiyə Rafiq qızı Qəribova 17 mərtəbəli binanın 8-ci mərtəbəsindən özünü atıb. O, yerindəcə keçinib.
Özünə qəsdin dəqiq səbəbləri hələlik məlum deyil. L.Qəribova iki uşaq anası olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.