Bakıda DƏHŞƏTLİ QƏZA: 5 maşın toqquşdu, sürücünün meyitini avtomobildən xilasedicilər çıxardı

Bakıda zəncirvarı qəza baş verib. Hadisə Nobel prospektində qeydə alınıb. İki “Mercedes”, “Audi”, “Mitsubishi Pajero”, “Hyundai” və “Medi Klub”a məxsus təcilli tibbi yardım avtomobilləri toqquşub.

 

Qarşı yola çıxaraq, qəza törədən "Mercedes" markalı avtomobilin sürücüsü hadisə yerində ölüb. Onun meyiti çıxarılaraq, "morq"a aparılırb.

 

 

APA TV-nin xəbərinə görə, “Mercedes”in sürücüsü, 1984-cü il təvəllüdlü Ceyhun Vaqif oğlu Əhmədov aldığı xəsarətdən ölüb. Onun meyiti hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən maşından çıxarılıb.

 

Sürücülərin dediyinə görə, "Mercedes" yolun sağ hissəsindən üzü şəhər istiqamətdə idarəetməni itirib, işıq dirəyinə dəyərək qarşı hərəkət zolağına çıxıb, nəticədə başqa nəqliyyat vastələri ilə toqquşub.

 

Qəza zamanı 1960-cı il təvəllüdlü İradə Əlihüseyn qızı Rəhimova müxtəlif bədən xəsarətləri ilə 1 saylı şəhər kliniki xəstəxanaya yerləşdirilib, maşınlara ciddi ziyan dəyib. 

 

Hadisə baş verən ərazidə uzun müddətli tıxac yaranıb. Hadisə ilə bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv