Belarus prezidenti Azərbaycana gəlib

Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 20-də Azərbaycana rəsmi səfərə gəlib. Ali qonaq Fəxri xiyabanda Heydər Əliyevin, görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib.

 

APA TV-nin xəbərinə görə, prezident Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevlə birgə Belarusun Azərbaycandakı səfirliyinin yeni binasının açılış mərasiminə qatılıb.

 

Dövlət başçılarına məlumat verilib ki, dörd mərtəbədən ibarət yeni binada həm səfirlik, həm də konsulluq idarəsi yerləşəcək. Ərazidə diplomatik korpusun nümayəndələri üçün beşmərtəbəli yaşayış binası da inşa olunub. Prezidentlər səfirliyin binasında yaradılan şəraitlə tanış olublar.

 

Dövlət başçıları səfirliyin həyətində ağac əkiblər.

 

Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Gəncə avtomobil zavodu ilə Belarusun MAZ zavodunun birgə istehsalı olan müxtəlif təyinatlı texnika və avtomobillərlə tanış olublar.

Müəllif | Apa.Tv
Apa.tv