Mariya Zaxarova: "Azərbaycanla münasibətlər Rusiya üçün dəyərlidir"
"Azərbaycan və İranla münasibətlər Rusiya üçün dəyərlidir".
APA TV-nin məlumatına görə, bu fikirləri keçirdiyi ənənəvi brifinqində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O qeyd edib ki, adı çəkilən ölkələrlə əlaqələr getdikcə daha da inkişaf edir: "Bizim əlaqələrimiz getdikcə inkişaf edir və bu kontekstdə istənilən müsbət və ya mənfi təsirlər bu münasibətlərə xələl gətirməməlidir. Bu ölkələrlə münasibətlər Rusiya üçün öz-özlüyündə dəyərlidir".
Brifinq jurnalistlərin sualları ilə davam edib.