Rusiya Türkiyəyə tətbiq edilən daha bir qadağanı ləğv etdi - PUTİN İMZALADI
Rusiya Türkiyə şirkətlərinin ölkə ərazisində fəaliyyətinə, habelə bu şirkətlər tərəfindən yeni işçilərin qəbuluna qoyulan qadağanı ləğv edib.
APA TV-nin Rusiya prezidentinin mətbuat xidmətinə istinadən məlumatına görə, bu barədə Vladimir Putin sərəncam imzalayıb.
Sənədə əsasən Türkiyə şirkətlərinə qarşı 2015-ci ilin 28 noyabr tarixindən etibarən qoyulan məhdudiyyətlər aradan qaldırılır. Eyni zamanda Kreml rəhbəri Türkiyə tərəfini hər iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərini nəzərdə tutan razılaşmanın tədricən bərpası haqqında məlumatlandırmağı tapşırıb.