Türkiyədə helikopter qəzası: 13 şəhid var
Türkiyədə hərbi hekilopter qəzaya uğrayıb, 13 hərbçi həlak olub. APA TV-nin məlumatına görə, hadisə Şırnak vilayətində baş verib. “Cougar” markalı helikopter Uludərə rayonundakı Şenoba bölgəsində elektrik xəttinə toxunaraq yerə düşüb. Helikopterdə Sərhəd Diviziya komandiri, general-mayor Aydoğan Aydın, eləcə də polkovnik və polkovnik-leytenantlar da olub.
Türkiyə Silahlı Qüvvələri hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 hərbçinin öldüyünü təsdiqləyib.
Türkiyənin müdafiə naziri Fikri İşıq hadisə yerinə yollanıb. Hadisə ilə əlaqədar araşdırma davam edir.