Türkiyə kubokunun qalibi məlum oldu
Türkiyə kubokunun final oyunu keçirilib. APA TV-nin məlumatına görə, həlledici görüşdə ”İstanbul Başakşehir”lə “Konyaspor” üz-üzə gəlib. Oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə “Konyaspor” daha dəqiq olub və mükafatı qazanıb.
Qeyd edək ki, “Konyaspor” tarixində ilk dəfə Türkiyə kubokunun qalibi olub.