Hüseyn Bağırov: "Xəzərdə balıqlar məhv olma təhlükəsi ilə üz-üzədir"

Xəzər dənizində xırda balıqlar məhv olma təhlükəsi ilə üz-üzədir. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyir ki, iri balıqlar onurğasız heyvanların 90 faizini yediyi üçün burada kilkələrin və eyni zamanda kilkələrlə qidalanan nərə cinsli balıqların və suitilərin sayının azalması prosesi gedir. İri mnemiopsislərin dənizdə çox sürətlə yayıldığını deyən nazir onu da bildirdi ki, Xəzəryanı 5 ölkənin brakonyerləri bir yerə yığılsa, təkcə mnemiopsislərin vurduğu ziyanı vura bilməz: "Amma bir tərəfdən də təbiətin özünüqoruma mexanizmləri var. Düşünürəm ki, təbiətin özünün müdafiəsi nəticəsində vəziyyət getdikcə sabitləşəcək. Çünki Qara və Azov dənizlərində belə bir ağır problem var idi. Sonra tədricən onun qarşısını təbiət özü ala bildi. 5 ölkənin su bioresursları Komissiyası məsələ üzərində işləyir. Ayrı-ayrı sahələr üzrə eksperimentlər aparılır".


Sözügedən təhlükəli balıqları məhv etmək üçün onlara düşmən olan başqa bir jele xarakterli canlıların gətirildiyini deyən Hüseyn Bağırov onu da bildirdi ki, həmin canlıların Xəzər dənizi üçün yad olması müəyyən təhlükə yaradır: “Həmin canlı mnemiopsisləri yeyib qurtarandan sonra başqa hansı canlıya keçəcəyi böyük suallar yaradır. Ona görə də nazirlik narahatdır ki, onu gətirsək, hər hansı bir yeni çirklənməyə səbəb ola bilər”.

 

Təhlükəli mnemiopsislərin Rusiyanın gəmiləri vasitəsilə əvvəl Karib dənizindən Qara dənizə, indi isə Qara dənizdən Xəzər dənizinə keçdiyi bildirilir. 

 

Müəllif | Apa.Tv