Xoşbəxt Yusifzadə: "2020-ci ildə BNEZ-də yeni standartlı benzin istehsal olunacaq"
"Ölkəmiz 24 ildən artıqdır ki, BP, "Statoil" və "Amoco" kmi beynəlxalq tərəfdaşlarla neft və qaz sahəsində irihəcmli ortaq layihələr həyata keçirir".
APA TV-nin məlumatına görə, bu fikirləri energetika naziri Natiq Əliyev "24-cü Beynəlxalq Xəzər Neft və Qaz" konfransında çıxışı zamanı bildirib.
Qaz İxracatçı Ölkələri Forumunun departament müdiri Mahdjouba Belaifa isə 2017-ci ildə Avropa İttifaqı ölkələrində mavi yanacağa tələbatın 3,5 faiz artdığını nəzərə çatdırıb.
SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib ki, görülən tədbirlər nəticəsində son illərdə hasilat 43 milyon ton səviyyəsində stabilləşib:
"Qaz hasilatı son 10 il ərzində 4 dəfə artaraq, ildə 29 milyard kubmetr səviyyəsinə çatdırılıb. Onu da qeyd edim ki, indiyədək ölkəmizdə 1 milyard 971 milyon ton neft çıxarılıb. Bu il Azərbaycanda neft hasilatının 2 milyard tona çatacağı gözlənilir".
SOCAR-ın rəsmisi qeyd edib ki, kəşfiyyat işlərinin yekunlaşdığı "Ümid" yatağında 200 milyard kubmetr qaz, 40 milyon ton kondensat ehtiyatı mövcuddur. O, 2020-ci ildən sonra Heydər Əliyev adına Neft Emalı Zavodunda yeni standartlı benzinin istehsal olunacağını deyib:
"Mərhələlərlə davam etdiriləcək bu layihə çərçivəsində zavodda bitum qurğusu tikilib istifadəyə veriləcək. "Avro-5" standartına cavab verən dizel, sonra isə benzin istehsalı ilə əlaqədar tədbirlər görüləcək".
BP-nin regional prezidenti Qarri Cons, "Türk Petrolleri Anonim Ortaklığı" TPAO-nun vitse-prezidenti Mücahit Özdemir təmsil etdikləri şirkətlərlə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdiyini deyiblər. önə çəkib.