Oğuzda 4 bal gücündə zəlzələ olub
Bu gün Bakı vaxtı ilə 10.15 radələrində Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ baş verib.
APA TV-nin məlumatına görə, zəlzələnin episentri Oğuz rayonu ərazisinə düşüb.
Yeraltı təkanlar episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub. 4,5 maqnitudalı zəlzələ yer qatının 9 kilometr dərinliyində baş verib. Tələfat və dağıntı barədə məlumat yoxdur.