Göyçayda GƏNC OĞLAN ANASINI bıçaqladı

Göyçayda 18 yaşlı oğlan anasını bıçaqlayıb. APA TV-nin xəbərinə görə, hadisə rayonun Kürdəmiş kəndində qeydə alınıb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, 18 yaşlı Heydər Heydərli aralarında baş verən ailə münaqişəsi zamanı anası 37 yaşlı Məhsəti Heydərovanı bıçaqlayıb.

 

Göyçay Mərkəzi rayon Xəstəxanasından verilən məlumata görə, qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası, qara ciyərin kəsilməsi, daxili qanaxma diaqnozu ilə cərrahiyə şöbəsinə yerləşdirilən Məhsəti Heydərova əməliyyat olunub. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Anasını bıçaqlayan Heydər Heydərli evdən qaçsa da, polis əməkdaşlarından qaça bilməyib. O, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq, istintaqa təhvil verilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

 

Məhsəti Heydərova Göyçay şəhərindəki yeməkxanalardan birində, oğlu Heydər Heydərli isə taxta yeşiklərin hazırlaması sexində işləyib.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov