Zibil atmağa getdi, maşın vurub öldürdü
Saatlı rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, evindən zibil atmağa çıxan 58 yaşlı qadın avtomobil qəzasının qurbanı olub.
Saatlı rayon sakininin idarə etdiyi “VAZ-2106” markalı, 23 BX 674 dövlət nömrə nişanlı avtomobil 1959-cu il təvəllüdlü Kazımova Naidə Mirəli qızını vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobil isə işıq dirəyinə çırpılıb.
Faktla bağlı araşdırma aparılır.