Gəncədə yeni doğulan körpə öldü
Gəncədə yeni doğulan körpə ölüb. APA TV-nin qərb bürosunun məlumatına görə, 1992-ci il təvəllüdlü şəhər sakini Aytən Akif qızı Abasova uşaq dünyaya gətirmək üçün Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının doğum şöbəsinə yerləşdirilib.
Onun dünyaya gətirdiyi oğlan uşağı doğuşdan sonra dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.