Azərbaycan və Belarus prezidentlərindən birgə bəyanat
Noyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Dövlət başçıları yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər. Prezidentlər ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildiriblər, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə etdilər. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.
Daha sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Görüş başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub. Öncə İlham Əliyev və Aleksandr Lukaşenko “Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsi”ni imzalayıblar.
Aleksandr Lukaşenkonun rəsmi səfəri çərçivəsində iki ölkə arasında daha beş sənəd imzalanıb. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatla çıxış ediblər.