İŞİD-i fosforlu bombalarla vurdular
İŞİD terror təşkilatı ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Mosulu bombalaması barədə video paylaşıb.
APA TV-nin məlumatına görə, "Youtube" kanalına yüklənən videodan görünür ki, terror təşkilatının bayrağı asılan binaya havadan zərbə endirilir.
İŞİD-in "AMAQ" xəbər agentliyi bildirir ki, onların mövqeyi fosfor bombası ilə vurulub. Yayılan videoda insan itkisinin olmadığı görünür.
İraq ordusu isə koalisiya qüvvələrinin havadan dəstəyi ilə Mosulun əl-Baaj rayonunu İŞİD terrorçularından azad edib.