Mikroavrobus 45 yaşlı QADINI VURUB ÖLDÜRDÜ

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-TV-nın Qərb bürosuna verilən məlumata görə, hadisə Nizami küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Qurbanova Gülnar Camal qızı yolu keçmək istəyərkən şəhər sakini, Ələsgərov Mehman Haqverdi oğlunun idarə etdiyi “Ford Tranzit” markalı avtomobil tərəfindən vurulub. Qadın hadisə yerində keçinib. Faktla bağlı Gənə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv