Gəncədə 60 yaşlı qadını maşın vurub öldürdü
Gəncədə avtomobil piyadanı vurub öldürüb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Şəhər sakini, 1991-ci il təvəllüdlü Vasif Hümbətovun idarə etdiyi “Lada Priora” markalı avtomobil yolu keçmək istəyən piyada, 1957-ci il təvəllüdlü Abdullayeva Səidə İzzət qızını vurub. Qadın hadisə yerində ölüb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.