Ağdam sakini arvadını və qaynanasını bıçaqlayıb

Ağdamın Dördyol-2 qəsəbəsində ər arvadını və qayınanasını bıçaqlayıb. Məcburi köçkün Kərimov Şükür Həsən oğlu ailə münaqişəsi zəminində həyat yoldaşına və qayınanasına bədən xəsarətləri yetirib. APA TV-nin xəbərinə görə, Bədəlova Esmira Rasim qızı və anası Bədəlova Gülarə Nəcəfqulu qızı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv