İŞİD-in "paytaxtı" mühasirəyə alınır: RƏQQAYA HÜCUM BAŞLADI
Suriya Demokratik Qüvvələri (SDQ) İŞİD-in "paytaxtı" Rəqqaya hücuma keçib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, əməliyyata şəhərin şimalındakı hərbi baza və şərqindəki Əl-Maşlab səmtindən başlanıb.
Ötən ilin payızından başlanan Rəqqa əməliyyatı nəticəsində şəhərin ətrafı SDQ qüvvələri tərəfindən mühasirəyə alınıb. Ötən ay isə ABŞ qruplaşmanı ağır silahlarla təmin edib.
Qeyd edək ki, SDQ-nin əsas hissəsini PKK-nın Suriya qolu olan YPG silahlıları təşkil edir. Rəsmi Ankara YPG-lilərin Rəqqa əməliyyatında iştirakını istəmirdi. Ancaq ABŞ-la aparılan danışıqlar nəticəsiz qaldı, Pentaqon YPG ilə davam etməyə qərar verdi.