Ağdam sakini kimyəvi maddədən zəhərlənərək ölüb
Ağdam rayon sakini bədbəxt hadisənin qurbanı olub. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, rayonun Əhmədağalı kənd sakini Yadigar Abbasov əvvəllər içərisində kimyəvi rəng olmuş dəmir çəlləyi kəsmək istəyərkən yaranmış tüstü və qazdan zəhərlənib. Onu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırmağa çalışsalar da, yolda keçinib.
Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.