Komitə sədri qadınların şikayətini dinlədi

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Ağdam rayonunda qadınlarla görüşüb. O, komitəyə müraciət edən qadınları dinləyib. APA TV-nin xəbərinə görə, Hicran Hüseynova bildirib ki, bu gün qadınların problemlərlə üzləşməsinin əsas səbəbi onların öz hüquqlarını bilməməsidir.

 

Son vaxtlar məcburi ərə verilən qızların toy mərasimlərindən qaçması və toydan bir az keçmiş intihar etməsinə münasibət bildirən komitə sədri deyib ki, bu kimi hadisələrə qarşı komitə tərəfindən həmişə mütəmadi tədbirlər görülür.

 

Müəllif | Apa.Tv