14 yaşlı velosipedçi yük maşınının altında qalıb öldü
Cəlilabadda 14 yaşlı velosipedçi yük maşınının altında qalaraq ölüb.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Rayonun Kövüzbulaq kənd sakini İlham Ağayev idarə etdiyi “ZİL” markalı yük avtomobili ilə Uzuntəpə kənd sakini, 2003-cü il təvəllüdlü Elnur Mirzəyevi vurub. Avtomobilin altında qalan azyaşlı hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.