Cəbhə xəttində monitorinq keçirildi

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib. APA TV-nin xəbərinə görə, Ağdam rayonunun Baş Qərvənd və Əhmədağalı kəndləri arasında yerləşən təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Peter Svedberq, təmas xəttinin qarşı tərəfində isə Yevgeni Şarov, Xristo Xristov və Uilyam Prayor keçiriblər.

 

Müəllif | Apa.Tv