İran parlamentində 7 nəfər öldürüldü, atışmalar küçədə davam edir
İran parlamentinə silahlı hücum nəticəsində 7 nəfər həlak olub.
APA TV-nin məlumatına görə, bu barədə İranın "Tasnim" agentliyi xəbər yayıb.
Xəbərdə daha dörd nəfərin girov götürüldüyü bildirilir.
APA-nın Tehran müxbiri isə xəbər verir ki, parlament binasını tərk etməyə müvəffəq olan silahlı şəxs küçədə atışmanı davam etdirir. Xüsusi təyinatlılar onu zərərsizləşdirməyə çalışırlar.