Bakıda 28, bölgələrdə 33 dərəcə isti olacaq
İyunun 8-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
ETSN-dən APA TV-yə verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 16-19, gündüz 25-30 dərəcə isti, Bakıda gecə 17-19, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.