Almaniya "İncirlik"dən çıxır - QƏRAR VERİLDİ
Almaniya hökuməti İncirlik hərbi bazasındakı qüvvələrini geri çəkmək barədə qərar qəbul edib.
APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin qərarına əsasən 260 alman əsgəri və "Tornado" təyyarələri bazadan çıxarılacaq.
Xatırladaq ki, alman hərbi qüvvələri İŞİD-lə mübarizə məqsədilə İncirlikə yerləşdirilmişdi.