Moskvada qafqazlını metro qatarında güllələdilər - HADİSƏ ANININ GÖRÜNTÜLƏRİ

Rusiya paytaxtı Moskvada metroda iki silahlı şəxs sərnişinə atəş açaraq, onu yaralayıb. APA Tv-nin xəbərinə görə, hadisə noyabrın 17-də baş versə də, kadrlar bir neçə gün sonra yayılıb. Müşahidə kameralarına düşən hadisə ilə bağlı məlumatlar ancaq noyabrın 21-də üzə çıxıb.

 

Kadrlardan görünür ki, vaqona iki nəfər daxil olur. Onlar əvvəl sakit hərəkət etsələr də, sonradan birinin diqqətini oturmuş gənc çəkir. Onların arasında hansısa dialoq keçir və bundan sonra gənclərədən biri cibindən travmatik silahı çıxardıb atəş açır. Silahlılardan biri Dağıstandan olan, 30 yaşlı Həşim Lətifovu əvvəl qarnından, daha sonra isə başından güllə ilə vurur. Bundan sonra hər iki şəxs əllərindəki silahla hədə-qorxu gələrək metronun stansiyada dayanmasını gözləyiblər və hadisə yerindən uzaqlaşır.

 

Kadrlardan hadisəni törədənlər açıq görünsə də onların kimliyi hələlik məlum deyil. Yaralanan dağıstanlı isə ağır vəziyyətdə xəstəxanadadır. O, dərhal cərrahiyyə əməliyyat olunub. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

 

Müəllif | Apa.Tv