Tovuzda 61 yaşlı kişini ilan sancıb
Tovuz sakinini ilan sancıb. APA TV-nin Qərb bürosunun məlumatına görə, rayonun Qovlar kənd sakini 1956-cı il təvəllüdlü Məmmədov Fazil İsmayıl oğlu özünə məxsus həyətində gəzərkən ilan onun sol ayağından sancıb.
Fazil Məmmədov dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.