Əks yola çıxan "VAZ" "Hyundai" ilə toqquşdu
Ötən gün axşam saatlarında Gəndob-Yala yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, Bakıdan Xaçmaza gedən Xaçmaz rayon sakini, 1981-ci il təvəllüdlü Sübhanov Azərin idarə etdiyi 90 ND 246 dövlət nömrə nişanlı “VAZ 21015” markalı avtomaşın idarəetməni itirərək əks yola çıxıb.
Nəticədə avtomaşını onun maşını Xaçmaz şəhər sakini, 1973-cü il təvəllüdlü Nəsrullayev Bəxtiyara məxsus 90 BH 717 dövlət qeydiyyatlı “Hyundai” markalı avtomaşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomaşınlara ziyan dəyib.
İlkin ehtimala görə, hadisəyə “VAZ 21015”-in yüksək sürətlə idarə olunması səbəb olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.