İngiltərədə növbədənkənar parlament seçkiləri keçirilir
İngiltərədə növbədənkənar parlament seçkiləri keçirilir.
APA TV-nin İngiltərə mətbuatına istinadən məlumatına görə, səsvermədə hazırkı baş nazir Tereza Meyin rəhbərlik etdiyi konservatorların əsas rəqibi Ceremi Korbinin leyboristləridir.
Seçkiöncəsi keçirilən sorğuların nəticələrinə görə, rəqiblər arasında fərq 4-9 faiz arasında təşkil edir.
Qeyd edək ki, baş nazir T.Mey aprelin 18-də "Brexit" qərarına dəstək qazanmaq məqsədilə krallıqda növbədənkənar seçkilərin keçiriləcəyini elan edib.