APA TV-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb edilib və şəxsiyyəti məlum olmayan 1 nəfər kişinin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.