Turan Yazqan anıldı

Bakıdakı Atatürk liseyində Türk Dünyası Araşdırmaları Vəqfinin sabiq başqanı, böyük Atatürkün davamçısı Turan Yazqanın anım günü keçirilib. APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən Türk Dünyası İşlətmə Komitəsinin sədri professor Eyüp Alttepe Turan Yazqanın həyatından, ictimai və siyasi fəaliyyətindən danışıb. "Azərtürk" bankının müdürü Sami Ace Özmü onun həyat yolundan bəhs edib. Tədbirdə şagirlədrin Turan Yazqanla bağlı hazırladıqları videoçarx nümayiş olunub.  

 

Turan Yazqan 1938-ci ildə Türkiyənin İsparta vilayətinin Eğidir qəsəbəsində anadan olub. O türk dünyasının tanınmış simalarındandır. Turan Yazqan 1980-ci ildə qurduğu Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri olub. Türkiyədə və Türk dünyasındakı xidmətlərinə görə 200-dən çox mükafata layiq görülən Turan Yazqan həmçinin bir sıra tanınmış universitetlərin fəxri doktoru adına layiq görülüb. Mərhum 3 oğul atası idi.

 

Turan Yazqan 2012-ci il noyabrın 22-də İstanbulda vəfat edib, İstanbuldakı Kozlu məzarlığında uyuyur.

Müəllif | Apa.Tv
Ayşən Əhməd