İŞİD Kərbəlanı qana boyadı: 20 ölü, yaralı çoxdur
İraqın Kərbəla şəhərində terror aktı törədilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, şəhərin El-Müsayyib məhəlləsindəki marketlərdən birində kamikadzenin özünü partlatması nəticəsində 20 nəfər ölüb, 25 nəfər yaralanıb.
Qeyd edək ki, bundan dərhal sonra İŞİD qruplaşması bəyanat verərək olaya görə məsuliyyəti öz üzərinə götürüb.