Samuxda 11 yaşlı uşağı maşın vurub öldürdü
Samux rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, rayon sakini Bilal Şammədov “VAZ-2109” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 2006-cı il təvəllüdlü İsmayılov Sübhan Mehman oğlunu vurub. 11 yaşlı uşaq hadisə yerində keçinib.
Faktla bağlı Samux rayon Polis İdarəsində araşdırma aparılır.