Yanğın tövlədəki heyvanları tələf etdi
Saatlıda yanğın hadisəsi qeydə alınıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, Saatlı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 375 kv.m olan tövlənin çardağına yığılmış 20 ton ot bağlamasının 10 tonu yanıb.
Yanğın zamanı tövlədə olan 2 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Tövlə və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.