Bərdədə iki yük avtomobilinin toqquşması bir nəfərin ölümü ilə nəticələnib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Lək kəndi ərazisində baş verib. Bərdə rayon sakini, 1961-ci il təvəllüdlü Süleymanov Hüseyn Zülfiqar oğlunun idarə etdiyi "03-BE-799" dövlət nişanlı “Qazel” markalı yük maşını qarşıda olan "90-JR-380" dövlət nömrə nişanlı “Shacman” markalı yük maşınına çırpılıb.
Nəticədə “Qazel”də olan sərnişin - sürücü Hüseyn Süleymanovun oğlu, 1991-ci il təvəllüdlü Yasin Süleymanov hadisə yerində dünyasını dəyişib. Sürücü Hüseyn Süleymanov isə xəsarətlə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirir.