İstanbulda baş vermiş qəzada 32 nəfər xəsarət alıb
İstanbulda ağır yol qəzası baş verib.
APA TV-nin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, iki sərnişin avtobusunun toqquşması nəticəsində 32 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alanlar xəstəxanalara çatdırılıb. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
Qəzanın səbəbləri barədə məlumat verilmir.