Maştağadakı Psixiatriya Xəstəxanasından qaçanların FOTOSU YAYILDI

Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasından qaçmış müxtəlif cinayətlərdə təqsirləndirilən 4 nəfərin Bərdədə gizləndiyi ehtimal olunur. Bu barədə APA TV-yə Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Daxili İşlər Nazirliyi, Baş Mütəşşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarından ibarət xüsusi qrup yaradılıb. Həmin şəxslərin tapılması istiqamətində əməliyyat tədbirləri aparılır. Hadisənin motivi də artıq bəllidir. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən 4 nəfər qabaqcadan əlbir olaraq, mütəşşəkkil qrup yaradıb. Onlardan birində guya kəskin ağrılar olduğunu bəhanə gətirərək həkimin palataya gəlməsini zəruri edən "səbəb" yaradıblar. Bu qarışıqlıqdan istifadə edən qrup üzvləri mühafizəçilərə müqavimət göstərərək aradan çıxıblar. Dəstənin ən təhlükəli üzvü Məhərrəmov Yusif Məhərrəm oğludur. 1979-cu ildə anadan olan Yusifin törətdiyi təkcə 2 epizodu xatırlamağa dəyər. 2010 -cu ildə bu şəxs dəvətnamə verəcəyini deyərək, Fətəli Xan Xoyski kücəsində yaşayan Ayna Əsədovanın evinə soxulub. İçəri keçəndən sonra qadına psixoloji və fiziki müqavimət göstərib. Evdən külli maqdarda qızıl və ziynət əşyalarını oğurlayıb. Eyni əməlini 2010-cu ildə Xanım Qasımovaya məxsus evə gəldə qadına və azyaşlı övladına qarşı törədir. Uşağı öldürəcəyini deyərək ev sahibinə məxsus 3400 manat nağd pul və xeyli miqdarda qızıl-zıynət əşyalarını oğurlayıb. Bundan başqa, Məhərrəmov daha 5 analoji cinayətdə iştrak edib.  Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 14 il iş verilsə də, bir ildən sonra bu şəxsin psixoloji müayinəyə eytiyacı olduğu əsas gətirilib və həkim rəyinə görə Maştağaya göndərilib. Cinayət Məcəlləsinin 4 ağır maddəsi ilə təqsirləndirilən Tural Abbasov da sonda təcridxanaya bir maddə ilə yola salınıb - 181.2 Quldurluq. Bu şəxs də eyni qaydada 7 ay təcridxanada cəza cəkdikdən sonra Maştağaya göndərilib. Hacıyev Razim Ramiz oğlu və Nəsrullayev Elvin Camələddin oğlu da əvvəllər məhkum olunublar. Onlar da digərləri kimi bir nəcə aydan sonra ruhi xəstə kimi müəssisəyə göndərilib.

 

 

Müəllif | Apa.Tv