Melania Tramp Ağ Evə köçdü - QARŞILANMA ANI
ABŞ-ın birinci xanımı oğlu ilə birlikdə Ağ Evə köçüb.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Donald Tramp prezident seçildikdən sonra Melaniya Nyu-Yorkda yaşayıb. Bu onun oğlu Berrornun dərsləri ilə bağlı olub.
Mətbuat bunu o vaxt Melaniyanın əri ilə yaşamaq istəməməsi kimi dəyərləndirib. Çünki bu vaxta kimi bütün "first lady"lər həyat yoldaşları prezident seçilən kimi Ağ Evdə yaşamağa başlayıb.
Melaniyanın Nyu-Yorkdakı qonşuları onun Vaşinqtona köçməsindən təəssüfləniblər. Çünki xanım Trampa görə ərazidə mühafizə ən yüksək səviyyədə təşkil olunub və yaxınlıqdakı yollarda bir dəfə də olsa, tıxaca rast gəlinməyib.