Tovuzun Ermənistanla həmsərhəd kəndində məktəb yandı
Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndində yanğın hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, yanğın Ağdam kənd orta məktəbinin binasında qeydə alınıb.
Günorta saatlarında baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Fövqəladə Hallar Nazirliyinin açıqladığı məlumata görə, ümumi sahəsi 250 kv. m olan birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 170 kv. m sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğının səbəbləri araşdırılır.