Samuxda 3 yaşlı uşaq hovuzda boğuldu
Samuxda 3 yaşlı uşaq hovuza düşüb.
APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Sərkar kəndində 2014-cü il təvəllüdlü Mürşüd Röyal oğlu Namazov həyətdə dərinliyi 1-1,5 metr olan su hovuzuna düşərək boğulub.
Valideynləri azyaşlını hovuzdan çıxarsalar da, onun həyatını xilas edə bilməyiblər.
Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma gedir.